Select your region
and interface language
We’ll show relevant
Telegram channels and features
Region
avatar

Azərbaycan Texniki Universiteti

aztu_edu_az
🏛 Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı 💻 www.aztu.edu.az ☎️ (012)5383383 📧 metbuat@aztu.edu.az 📍 H.Cavid prospekti 25, AZ 1073
Subscribers
4 019
24 hours
-9
30 days
Unusual 24 hours growth
Post views
1 601
ER
40,33%
Posts (30d)
1
Characters in post
602
Insights from AI analysis of channel posts
Channel category
EDEducation Student Life
Audience gender
Male
Audience age
25-34
Audience financial status
Middle
Audience professions
Industry & Engineering
Summary
February 07, 15:26


AzTU tələbələri üçün yeni fürsət: Müdafiə Sənayesi Proqramları
Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və aparıcı ali təhsil müəssisələri ilə birgə həyata keçirilən “Milli Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişaf Proqramı” çərçivəsində AzTU tələbələri üçün iki mühüm imkan təqdim olunur.
📌
Müdafiə Sənayesi Yönümlü İstehsalat Təcrübəsi (IV kurs tələbələri üçün)
Bu proqram çərçivəsində tələbələrin müdafiə sənayesi müəssisələrinin real istehsalat mühitində praktik bacarıqlar əldə etməsi, texnoloji və mühəndislik proseslərini yerində mənimsəməsi, real layihələr üzərində işləməsi və komanda işi təcrübəsi qazanması nəzərdə tutulur.
🔗
Qeydiyyat linki:
https://forms.office.com/Pages/ResponsePage.aspx?id=xWiCFKIjr0Wmu7fIaODj2JggMMTMEU1Ohf0mPhCADBVUNkdTWEQ1TENJNUI5NFpSMjhaWjM5TVVPUC4u
📌
İstehsalat Yönümlü Tədris Proqramı (II–III kurs tələbələri üçün)
Bu proqram müdafiə sənayesi üçün perspektivli mühəndislərin erkən mərhələdə hazırlanmasına yönəlib. Seçilmiş tələbələrin istehsalat yönümlü dərslərdə, praktiki tapşırıqlarda və sənaye ekspertləri ilə birgə keçirilən layihələrdə iştirakı nəzərdə tutulur.
🔗
Qeydiyyat linki:
https://forms.office.com/Pages/ResponsePage.aspx?id=xWiCFKIjr0Wmu7fIaODj2JggMMTMEU1Ohf0mPhCADBVUOTU5R01WNUU4V0VNUkpQSk5ETUlJTVpUOS4u

Müraciət üçün son tarix: 10.02.2026

January 22, 07:58

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AzTU-da Müəllim–Tələbə Startap Müsabiqəsi keçiriləcək.
Məqsəd müəllim və tələbə əməkdaşlığını gücləndirmək, innovativ düşüncəni təşviq etmək və universitet daxilində startap mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Müsabiqədə komandalar real problemlərə yönəlmiş texnoloji əsaslı startap ideyaları ilə iştirak edəcək.
👤
Komanda tərkibi:
1 müəllim (mentor) və 2 tələbə
➡️
İstiqamətlər:
Təhsildə rəqəmsal həllər, ağıllı universitet, süni intellekt və məlumat analitikası, kibertəhlükəsizlik, aqrar texnologiyalar, energetika və enerji effektivliyi, nəqliyyat və logistika, maliyyə və rəqəmsal iqtisadiyyat, sosial problemlərə texnoloji həllər və s.
📌
Qeydiyyat üçün son tarix: 28.01.2026
📌
Final: 02.02.2026
📍
Müsabiqənin final mərhələsi Azərbaycan Texniki Universitetində keçiriləcək.
🏆
Qalib komandalara pul mükafatı və sertifikatlar təqdim ediləcək.

Təşkilatçılar:
🔹
Azərbaycan Texniki Universiteti
🔹
AzTU Həmkarlar İttifaqı Komitəsi
🔹
AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi
🔹
AzTU İnkubasiya Mərkəzi
🔗
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLScpcx1bleBDDooN4MdLMYIKT_f2sQmHhHT-mcib_I6LXTErhA/viewform?pli=1

January 22, 07:58
Media unavailable
1
Show in Telegram

January 15, 12:01
Media unavailable
1
Show in Telegram

Tələbələr üçün riyaziyyat düşərgəsi təşkil olunacaq!
“Bir Könüllü” Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsi - "MathCamp 2026" təşkil ediləcək.
Tarix: 4-9 fevral 2026-cı il
🔗
Qeydiyyat üçün link:
https://forms.gle/PaUfiLSFVfVrEum28
ℹ️
Düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır.
⚠️
Qeydiyyat üçün son tarix: 23 yanvar 2026-cı il
▫️
Düşərgədə kimlər iştirak edə bilər?
* Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV, V kurs tələbələri;
* Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.
📌
Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət ediləcəklər.

December 04, 08:45
Media unavailable
1
Show in Telegram

Pakistanda bir semestr güzəştli təhsil imkanı
🔗
https://aztu.edu.az/az/announcement/pakistanda-bir-semestr-guzestli-tehsil-imkani-637

November 26, 17:20
Media unavailable
1
Show in Telegram

Azərbaycan Texniki Universiteti (AzTU) 75 illik tarixi əzində ölkəmizin elm, sənaye və texnologiya sahələrinin inkişafına mühüm töhfələr vermiş yüksək ixtisaslı mütəxəssislər yetişdirib.
Bu möhtəşəm irsin davamı olaraq AzTU-nun 75 illiyi münasibətilə bütün məzunlarımızı bir araya gətirəcək Məzun Assosiasiyasının II Zirvə Görüşü təşkil olunacaq. Bu tədbir universitet tarixində xüsusi əhəmiyyət daşıyacaq.
75 il ərzində AzTU-nu müxtəlif illərdə bitirən bütün məzunları bu təntənəli tədbirdə iştiraka dəvət edirik.
Bu görüş həm keçmişə baxış, həm yeni əlaqələrin qurulması, həm də böyük irsin davamlılığını bir daha nümayiş etdirəcək.
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfgoXz7bzNg060se156eSixOfl4C2PDL8P_Iolmo-iKyKSuPQ/viewform?usp=send_form
#AzTU
#məzun

November 20, 12:36
Media unavailable
1
Show in Telegram

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində 21–22 noyabr tarixlərində “Startap Günləri” keçiriləcək.
AzTU və “Startap Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi tələbələrin innovativ düşüncəsini təşviq etmək, startap ekosistemini gücləndirmək və gənclərə mentor dəstəyi təqdim etməkdir.
Proqram çərçivəsində:
• Startap ideyalarının müzakirəsi,
• Mentorlarla praktiki sessiyalar,
• Layihələrin qiymətləndirilməsi və istiqamətləndirilməsi,
• Tələbələr üçün inkişaf və şəbəkələşmə imkanları yaradılacaq.
Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.
Gənc innovatorları və startapçıları tədbirdə iştiraka dəvət edirik.

November 18, 19:00
Media unavailable
1
Show in Telegram

Almaniyanın Rostok Universitetində bir semestr mübadilə imkanı
🔗
https://aztu.edu.az/az/announcement/almaniyanin-rostok-universitetinde-bir-semestr-mubadile-imkani-635
#AzTU
#mübadilə

November 09, 07:53
Media unavailable
1
Show in Telegram

Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Eşq olsun, Azərbaycan bayrağına!

November 07, 18:24
Media unavailable
1
Show in Telegram

Zəfərimiz mübarək!