Select your region
and interface language
We’ll show relevant
Telegram channels and features
Region
avatar

AR Elm və Təhsil Nazirliyi

edugovaz
Elm və Təhsil Nazirliyinin rəsmi “Telegram”kanalı 🔗 https://linktr.ee/edugovaz
Subscribers
18 000
24 hours
100
30 days
-100
Unusual 24 hours drop
Post views
1 854
ER
10,31%
Posts (30d)
15
Characters in post
540
Insights from AI analysis of channel posts
Channel category
EDEducation General Education News
Audience gender
Female
Audience age
25-34
Audience financial status
Middle
Audience professions
Education
Summary
March 02, 09:02
Media unavailable
1
Show in Telegram

Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
📍
Qəbula kimlər yazıla bilər?
Şuşa, Xankəndi və Xocalı sakinləri
📌
Qəbula necə yazılmaq olar?

Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq

Elektron formada:
www.edu.gov.az
saytının “Əlaqə” bölməsinə daxil olaraq

"WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək

Qeydiyyat üçün son tarix: 6 mart 2026-cı il (saat 18:00-dək)
❗️
Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

February 27, 06:53
Media unavailable
1
Show in Telegram

Gələcəyin təhsil lideri olmağa hazırsınız?
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat başlayır!
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində yeni bir layihəyə start verilir.
Strateji düşünən, qərarvermə bacarığı yüksək, komandaya ilham verən təhsil menecerlərinin yetişdirilməsi bu günün prioritetidir.
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” məhz bu missiyaya xidmət edir — gələcəyin təhsil liderlərini formalaşdırmaq üçün.
Sizi nə gözləyir?

Təcrübəli mütəxəssislərdən praktik yönümlü təlimlər

Praktiki tapşırıqlar və real idarəetmə nümunələri

Şəbəkələşmə və təcrübə mübadiləsi imkanı

Fərdi mentor dəstəyi

Rəsmi sertifikat
🔷
Kimlər qoşula bilər?
Rəhbər vəzifədə çalışmaq və ya bu istiqamətdə inkişaf etmək istəyən pedaqoji şəxslər
Son qeydiyyat tarixi: 15 mart 2026
Qeydiyyat:
https://forms.gle/ebED9srb8Q

February 26, 04:31
Media unavailable
1
Show in Telegram

Xocalı soyqırımından 34 il ötür.
Bu faciəni unutmadıq, unutmayacağıq.
🥀
#XocalıSoyqırımı
#KhojalyGenocide
#JusticeForKhojaly
#XocalıyaƏdalət

February 25, 10:57
Media unavailable
1
Show in Telegram

🎶
Səslərimiz birləşsin!
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir!
Festivalın məqsədi şagirdlər arasında xor mədəniyyətini inkişaf etdirmək, milli musiqi dəyərlərimizi təbliğ etmək və kollektiv ifa bacarıqlarını gücləndirməkdir.
Layihə çərçivəsində dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq.
🎼
Əziz məktəb rəhbərləri və musiqi müəllimləri!
Şagirdlərinizin istedadını böyük səhnəyə daşımaq, onların birgə yaradıcılıq ruhunu gücləndirmək və məktəbinizi bu musiqi bayramının iştirakçısına çevirmək üçün siz də qoşulun!
📌
Qeydiyyat üçün aşağıdakı linkə keçid edin və festivalın bir parçasına çevrilin.
🔗
https://shorturl.at/LfQW9
Səslərimiz birləşsin, istedadlarımız səslənsin!

February 25, 08:45
Media unavailable
1
Show in Telegram

Prezident İlham Əliyev fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.
ℹ️
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.

Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
Ətraflı:
https://president.az/az/articles/view/71697

February 25, 08:03
Media unavailable
1
Show in Telegram


25 fevral saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsinə start veriləcək.
🌐
Proses
sy.edu.az
elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.
📌
11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
#ElmVəTəhsilNazirliyi
#EduGovAz
#EduAz
#ŞagirdYerdəyişməsi
#Şagird

February 24, 14:01
Media unavailable
1
Show in Telegram

Elm və Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz Birləşsin” adlı I Xor Festivalı layihəsinə start verilir.
Ətraflı:
https://shorturl.at/LfQW9

February 24, 05:08
Media unavailable
1
Show in Telegram

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək!
💧

February 21, 05:01
Media unavailable
1
Show in Telegram

21 fevral Beynəlxalq Ana Dili Günüdür.
Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.
#ElmvəTəhsilNazirliyi
#EduGovAz
#EduAz
#21fevral
#BeynəlxalqAnaDiliGünü

February 18, 13:24
Media unavailable
1
Show in Telegram

Azərbaycan məktəbliləri X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində böyük uğur qazanıblar
🎉
7–8 fevral tarixlərində Rumıniyada keçirilən X “Info(1)Cup” proqramlaşdırma müsabiqəsində Azərbaycan məktəbliləri möhtəşəm nəticə göstərərək 6 medal qazanıblar.
🥇
Qızıl medal qazanan:
Fateh Əhmədzadə – Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi
🥈
Gümüş medal qazananlar:
Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
Elay Verdiyev – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi
Əkbər Əhmədov – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xsinif şagirdi
🥉
Bürünc medal qazananlar:
Atilla Mustafa – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi
Mərd Cəfərzadə – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi
Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!