Select your region
and interface language
We’ll show relevant
Telegram channels and features
Region
avatar

Şeirlər aləmi🎶📝

seiralemii
Məcnuna lağ etməzdin, Leyla sənin olsaydı... Dünyanı dağıtmışdın, dünya sənin olsaydı... 🖤 )
Subscribers
23 100
24 hours
30 days
Post views
1 851
ER
5,12%
Posts (30d)
4
Characters in post
364
Insights from AI analysis of channel posts
Channel category
Art & Culture
Audience gender
Female
Audience age
35-44
Audience financial status
Middle
Audience professions
Design & Creative Arts
Summary
February 09, 06:51

“Ana” . Vüqar Biləcəri
Ey könül mülkümüzün sərvəri, sultanı ana,
Sənin uğrunda fəda eyləyərik canı, ana.
Zövqü-cənnətdi mübarək üzüvün seyri mənə,
Neynirəm gülşəni, gülzarı, gülüstanı ana.
Gələ dünya üzünə hər nə qədər nazlı gözəl,
Atılan dırnağıvın min biri qurbanı ana.
Nurlu simana nəzər etmək ibadətdəndi,
Ey cahan mülkünün ən mötəbər insanı ana.
Mənim uğrumda ağartdın saçıvın qarələrin,
Qurban ağ tellərivə ömrümün hər anı, ana.
Ana bir zatı-müqəddəsdi, mələk xislətdi,
Qədəmiylə bəzəyər cənnəti-rizvanı, ana.
Sənə bu şeiri Vüqar yazdı kiçik tövhə kimi,
Ey ömür bağçamın ən ətirli reyhanı, ana.
https://t.me/seiralemii

February 08, 18:11

‎İmam Zaman (ə) haqqında qələm əhlinin yazdıqları

February 08, 06:50

Əgər ayrılmağa meylin vardısa –
sıxılma, çəkinmə… gəl salım yola!
Get, səni ömrümdən qəlbin alırsa,
qaldın nə oldu ki, getsən nə ola?
Daha ürəyimi çarmıxa çəkmə,
daha qaş qaralır, yığış, gecikmə,
ölən pöhrələri tanıtma mənə,
soldun nə oldu ki, bitsən nə ola?
Təkcə mən deyiləm tapıb-itirən,
qismət gətirdiyin-yanlış gətirən,
onsuz da var-dövlət, sərvət sevmirəm;
tapdım nə oldu ki, itsən nə ola?
Xatirə qalmağın bəsimdir, yetər,
yanımda solmağın hicrandan betər
dönmərəm, lap izlə üfüqə qədər!
qısqandın nə oldu, güdsən nə ola?
Ərimiş şam kimi yanmaram yenə,
bənzəsin sevgimiz uğursuz günə,
bir yol etməyinlə nə oldu mənə,
yenidən bəxtəvər etsən nə ola..
Vahid Əziz
https://t.me/seiralemii

February 07, 06:49

Səndən sonra beləyəm mən;
Ömrüm-günüm qarmaşadı.
Bir quyunun içindəyəm
Gələn-gedən bir daş atır.
Nə gücüm var, nə hünərim,
Çıxdı getdi sevdiklərim...
Sən gedəli kirpiklərim
Yanaqlarıma yaş atır.
Həsrətin yanğısı sərtdir
Dözmək olmur, qiymətdir,
Yoxluğun elə bir dərddir,
Nə öldürür, nə yaşadır...
🖊
Məlik Cahan
https://t.me/seiralemii

February 06, 08:47

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan:
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran – dənizə
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətlə biz
Döysün qapıları külək doyunca.
Döysün, qoy açmayaq. Yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq!
Bir an vüsalınla çırpınsın ürək.
Sonra… sonra yenə biz ayrılmayaq!
🖊
Rəsul Rza
https://t.me/seiralemii

January 19, 17:00
Media unavailable
1
Show in Telegram

Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Müşfiqli Günlərim,
Dilbər Axundzadə

January 04, 06:41
Media unavailable
3
Show in Telegram

January 03, 21:41
Media unavailable
3
Show in Telegram

December 27, 08:16


SEVGİ NƏDİR?
Müəllif: Elvin İlqaroğlu
Sanırsan ki, çox asandır,
Bir içimlik sudur sevgi.
Dedin, güldün, oldu, bitdi,
Elə bildin budur sevgi?
Hər sevginin çöh­rəsində
Gülüş olmur gözəl insan.
Hər sevirəm deyən bir kəs,
Həmən olmur özəl insan.
Sevməyin də bir həddi var,
Sənə demir qudur sevgi.
Sevgisiylə yol azanı,
Burulğan tək udur sevgi.
Sevgi yolu məşəqqətdir,
Sevgi yolu keçməkədir.
Bir insanda sevgi yoxsa,
O insan da demək heçdir.

December 26, 08:13
Media unavailable
3
Show in Telegram

Sənsiz ölmək istəyirəm
Səndə ölsən bağışla
Ramiz Rövşən