Select your region
and interface language
We’ll show relevant
Telegram channels and features
Region
avatar

THİK Məlumat Mərkəzi

unecmelumatmerkezi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi telegram kanalı 📌 Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz ⤵️ https://t.me/muracietveteklifler
Subscribers
4 840
24 hours
90
30 days
-90
Unusual 24 hours drop
Post views
611
ER
7,21%
Posts (30d)
19
Characters in post
601
Insights from AI analysis of channel posts
Channel category
EDEducation Student Life
Audience gender
Female
Audience age
18-24
Audience financial status
Middle
Audience professions
Education
Summary
February 27, 20:42
Media unavailable
1
Show in Telegram

Bu gün UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimovun doğum günüdür.
UNEC THİK ailəsi olaraq, Həsən bəyi doğum günü münasibətilə təbrik edir, həyatında və fəaliyyətində uğurlar arzu edirik!

February 27, 17:33
Media unavailable
1
Show in Telegram

27 fevral 2026-cı il tarixində
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən
növbəti görüş
baş tutmuşdur.
Görüş
“İqtisadiyyat və idarəetmə” fakültəsinin və “Qiyabi və əlavə təhsil mərkəzi”nin idarə heyəti üzvləri ilə
keçirilmişdir. Görüş zamanı fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda tələbələrin sosial rifahının yüksəldilməsi, hüquq və maraqlarının qorunması, idarə heyəti üzvlərinin təşəbbüskarlığının artırılması, fakültə strukturları arasında koordinasiyanın və komanda işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.
Daha ətraflı:
https://www.instagram.com/p/DVRPW7HjJqD/?igsh=MWdjb2VzMTN0ZzY1ag==

February 27, 06:12
Media unavailable
1
Show in Telegram

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Cəbizadə Əbilin doğum günü qeyd olunub.
26 fevral 2026-cı il tarixində
şəhid Əbil Cəbizadənin doğum günü münasibətilə UNEC kollektivi onun məzarını və ailəsini ziyarət edib.
UNEC Tələbə Həmkərlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov və fəal tələbələr
Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Ölümündən sonra Əbil Cəbizadə
“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə
təltif edilib. Yaşasaydı 33 yaşı olacaqdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Daha ətraflı:
https://www.instagram.com/p/DVQCp9ZjNgp/?igsh=MXdndzYyMWJyNXFtbQ==

February 26, 20:16
Media unavailable
1
Show in Telegram

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Məzdək Eyvazlının 30 illik yubileyi qeyd olunub.
26 fevral 2026-cı il tarixində
44 günlük Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının doğum günü tədbirində
UNEC Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı tex.f.d.,dos. Cəfərov Elman, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr
iştirak ediblər.
Şəhidimizin 30 illik yubileyi münasibətilə əvvəlcə məzarı ziyarət edilib, ruhuna dualar oxunub və əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra kollektiv üzvləri şəhidin ailəsinə baş çəkərək onlara mənəvi dəstək göstəriblər.
Qeyd edək ki,
Məzdək Eyvazlı
Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Daha ətraflı:
https://www.instagram.com/p/DVO-GuYjv5j/?igsh=MXUyNmU3b2s1dzhiNQ==

February 26, 18:38
Media unavailable
1
Show in Telegram

26 fevral 2026-cı il tarixində
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən
növbəti görüş
baş tutmuşdur.
Görüş
“Rəqəmsal İqtisadiyyat” və “Mühəndislik” fakültələrinin, “UNEC Dizayn Məktəbi”nin, eləcə də “Xüsusi İstedadlar Klubu”nun idarə heyəti üzvləri ilə
keçirilmişdir.
Görüş zamanı ilk öncə
Xocalı soyqırımı qurbanlarının
xatirəsi ehtiramla yad edilmiş, onların əziz xatirəsinin daim xalqımızın yaddaşında yaşayacağı vurğulanmışdır.
Daha sonra fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.
Daha ətraflı:
https://www.instagram.com/p/DVOxcaUDNX9/?igsh=M2E4N2Nka2hqZGxw

February 25, 20:50
Media unavailable
1
Show in Telegram

Bu gün Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 34 il ötür.
1992-ci il fevralın 26-da
Xocalıda günahsız insanlar amansızcasına qətlə yetirildi. Bu, tariximizin ən qanlı səhifələrindən biridir.
613 nəfər
dinc sakin – qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürüldü, yüzlərlə insan itkin düşdü və əsir götürüldü.
Xocalı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Biz bu dəhşətli hadisəni heç vaxt unutmayacaq və gələcək nəsillərə çatdıracağıq.

February 25, 19:31
Media unavailable
1
Show in Telegram

25 fevral 2026-cı il tarixində
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən
növbəti
görüş
baş tutmuşdur.
Görüş
“Biznes və menecment” fakültəsinin idarə heyəti üzvləri ilə
keçirilmişdir. Görüş zamanı fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda tələbələrin sosial rifahının yüksəldilməsi, hüquq və maraqlarının qorunması, idarə heyəti üzvlərinin təşəbbüskarlığının artırılması, fakültə strukturları arasında koordinasiyanın və komanda işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.
Daha ətraflı:
https://www.instagram.com/p/DVMUCL1DoUh/?igsh=MW9xN2RvYnRycXBreg==

February 24, 20:14
Media unavailable
1
Show in Telegram

UNEC THİK fakültə idarə heyətləri ilə görüşlərə start verib.
24 fevral 2026-cı il tarixində
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) THİK tərəfindən ilk görüş
“Türk Dünyası İqtisad” fakültəsi və “Rus İqtisad Məktəbi”nin
idarə heyəti üzvləri ilə keçirilib.
Görüşdə fəaliyyət istiqamətləri, təşkilati məsələlər və qarşıdakı planlar müzakirə olunub, tələbələrin sosial rifahı, hüquqlarının qorunması və komanda işinin gücləndirilməsi ön plana çəkilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.

February 24, 06:38
Media unavailable
1
Show in Telegram

Su çərşənbəniz mübarək!
💧
Qoy həyatınız su kimi saf, bərəkətli və axar olsun. Bu çərşənbə sizə yenilik, təmizlik və gözəl başlanğıclar gətirsin!
💙

February 21, 12:12
Media unavailable
1
Show in Telegram

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür.
Ana dilimiz kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin ayrılmaz hissəsidir. Hər bir dil bir xalqın ruhunu yaşadır və onu gələcək nəsillərə ötürür.