
Vüsət Əzizov
Tövsiyələrlə tanış olmaq üçün
https://shorturl.at/o1PKf
linkinə daxil ola bilərsiniz.
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir. Bu dəfə naməlum şəxs və ya…
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir.
Bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşım etməkdədir. Belə ki, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da “Fəxri Cəbrayılova azadlıq” adlı səhifələr yaradılıb və orada qızların fotoları qeyri-əxlaqi məzmunda yayılır.
Qeyd edək ki, məsələ ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxlayıb. Hazırda onun əməllərinin kimin tərəfindən davam etdirilməsi məlum deyil.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, araşdırmalar davam etdirilir.
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb.
Hadisə martın 1-də rayon mərkəzində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo.аz
#shimalnews
#şimal
#siyəzən
Bütün abituriyentlərə xəyallarını gerçəkləşdiməyi arzulayıram!
⚡️
Qiyabi oxuyanlara hərbi xidmətdən möhlət verilə bilər - hansı hallarda?
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir. Belə ki, məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, qiyabi təhsil alanlara hərbi çağırışdan möhlət hüququnun verilməsi təklifi təhsil baxımından kifayət qədər faydalı və maraqlı təşəbbüs kimi qiymətləndirilə bilər.
Ətraflı:
https://azedu.az/az/universitetler/103401/qiyabi-oxuyanlara-herbi-xidmetden-mohlet-verile-biler-hansi-hallarda/
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsil alan 2005-ci il təvəllüdlü Aysun Zöhrab qızı Teymurova yaşadığı Bərdə rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.
Bu barədə filialın sosial şəbəkə səhifəsində məlumat verilib.
O, 4-cü kursdə təhsil alırmış.
“Mingəçevir Dövlət Universitetində keçirilən Beynəlxalq İngilis dili Olimpiadası region üçün mühüm əhəmiyyət kəsb edən akademik platformadır”.
Bu fikirləri universitetin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, olimpiadada 100-dən çox Mingəçevir məktəblisi və universitet tələbəsi iştirak edir. Bu, region gənclərinin bilik və bacarıqlarının inkişafına göstərdiyi marağın real göstəricisidir.
Ətraflı:
https://muallim.edu.az/rektor-beynelxalq-olimpiada-regionda-qlobal-kompetensiyalarin-inkisafina-xidmet-edir