Выберите регион
и язык интерфейса
Покажем актуальные для региона
Telegram-каналы и возможности
Регион
avatar

Azərbaycan Kriptovalyuta Akademiyasi🇦🇿

akaazerbaijan
Crypto dünyasını bizimlə fəth edin 🇦🇿 Bizimlə öyrənin !
Подписчики
11 500
24 часа
38
30 дней
-38
Просмотры
2 876
ER
25,01%
Посты (30д)
Символов в посте
1 031
Инсайты от анализа ИИ по постам канала
Категория канала
Блог о бизнесе и экономике
Пол аудитории
Женский
Возраст аудитории
25-34
Финансовый статус аудитории
Средний
Профессии аудитории
Бизнес и управление
Краткое описание
April 12, 15:57
Файлы недоступны
1
1
Открыть в Telegram

Həftənin tokenləri — investorların indi ən çox müzakirə etdiyi layihələr (Santiment məlumatlarına əsasən)
Həftəsonunun əvvəlində diqqət mərkəzində olan tokenlər:
⚪️
Ethereum (
#ETH
)
📉
Bazar payında azalma, artan rəqabət və uzunmüddətli gələcək barədə artan şübhələr.
İcma tez-tez bu sualı müzakirə edir: ETH hələ də “ikinci əsas layihə” olaraq qalacaqmı, yoxsa yerini yeni L1-lərə verəcək?
🌀
Ondo (
#ONDO
)
11 aprel tarixində Binance-də listinq oldu və bu, bazarı canlandırdı.
Cəmiyyət ONDO-nu cari dövrün əsas altkoinlərindən biri kimi görür və optimist ssenarilər irəli sürür.
🧬
Solana (
#SOL
)
⚡️
Treyderlərin radarında: volatillik + artım = maraq.
Yenidən sürətli bərpa edənlər arasında və ETH-yə alternativ kimi irəli çəkilir.
🪙
Bitcoin (
#BTC
)
Klassika: HODL, DCA və inflyasiyaya qarşı qorunma mövzuları.
BTC qeyri-sabitlik dövründə etibar olunan “lövbər” olaraq qalır. Təzyiqlərə baxmayaraq, güclü etibar var.
💶
Orca (
#ORCA
)
📈
Gündəlik gəlirlilikdə top siyahıdadır.
İstifadəçilər qrafiklər, memlər və “günün altkoini budur” kimi şərhlərlə bölüşmələr aparırlar.
🪙
Onyxcoin (
#XCN
)
Tam FOMO əhval-ruhiyyəsi: X3-X4 proqnozları, “raketə min” çağırışları və sürətli qazanc inancı.
Həyəcan pik həddədir — lakin hər zamankı kimi: yüksək maraq = yüksək risk.
📌
Bazar hələ də xəbərlərə və listinqlərə çox həssasdır.
Qlobal makroiqtisadi qeyri-sabitlik fonunda investorlar əsas göstəricilər ilə tamah arasında balans qurmağa çalışırlar.

April 08, 08:42
Файлы недоступны
1
1
Открыть в Telegram

Son günlər
🇺🇸
ABŞ və
🇨🇳
Çin arasında ticarət münasibətləri kəskin şəkildə gərginləşib. ABŞ prezidenti Donald Tramp Pekindən tələb edir ki, 8 aprelə qədər ABŞ mallarına tətbiq olunan 34%-lik gömrük rüsumlarını ləğv etsin. Əks halda, 9 apreldən ABŞ Çin məhsullarının hamısına qarşı 50%-lik yeni rüsumlar tətbiq edəcək.

Münaqişənin əvvəlki mərhələsi:
ABŞ 9 apreldən etibarən Çin mallarına tətbiq olunan tarifləri 54%-ə qədər artıracağını açıqladı. Buna cavab olaraq Çin də ABŞ məhsullarına 34%-lik əlavə rüsumlar tətbiq edəcəyini bildirdi. Bu qərarlar ticarət müharibəsinin daha da qərqinləşməsinə səbəb oldu.

Çinin mövqeyi:
Çin tərəfi ABŞ-ın bu davranışını “şantaj” adlandırdı və bildirib ki, öz maraqlarını qorumaq üçün “axıra qədər mübarizə aparmağa” hazırdır.
🌐
Qlobal bazarlara təsiri:
Ticarət gərginliyinin artması qlobal maliyyə bazarlarında ciddi dəyişkənlik yaradıb. Dünyanın müxtəlif birjalarında indekslər aşağı düşür. İnvestorlar bu vəziyyətin dünya iqtisadiyyatına nə kimi təsir edəcəyindən narahatdır.
😨
Biznes və ekspertlərin reaksiyası:
Bir çox iqtisadçılar və biznes nümayəndələri xəbərdarlıq edirlər ki, bu cür addımlar ABŞ-da inflyasiyanın artmasına və iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər. ABŞ senatoru Çak Şumer bildirib ki, Trampın tarif siyasəti “ümummilli resessiyaya” səbəb ola bilər.
👉
Alternativ aktivlər:
Ənənəvi bazarlarda qeyri-sabitlik fonunda investorlar alternativ aktivlərə yönəlirlər. Məsələn, Bitcoin bu günlərdə dəyər qazanır və bir çoxları tərəfindən “rəqəmsal qızıl” kimi qəbul olunur – yəni risklərə qarşı sığorta vasitəsi kimi.
ABŞ və Çin arasında davam edən ticarət qarşıdurması qlobal bazarlarda ciddi qeyri-müəyyənlik yaradır. İnvestorlar və sahibkarlar bu prosesləri diqqətlə izləməli və mümkün iqtisadi nəticələrə hazır olmalıdırlar.
📏
📏
📏
📏
📏
📏
📏
📏
💰
Binance-də
qeydiyyatdan keç
və ticarətə başla!

Komissiya haqlarında
20%-dək endirim

Qeydiyyata görə
bonuslar

Welcome Rewards
proqramında iştirak

Eksklüziv
aksiyalara

kampaniyalara
giriş
📎
Linkə tıkla və fürsəti əldən qaçırma !
🟠
Accounts.Binance.İnfo

April 07, 10:02
Файлы недоступны
1
1
Открыть в Telegram

Son 24 saat
ərzində dünya maliyyə bazarlarında ciddi çalxalanmalar baş verdi. Bu, ABŞ prezidenti
😁
Donald Trampın idxala yeni gömrük rüsumları tətbiq etməsindən sonra oldu. Trampın bu qərarı həm ənənəvi fond bazarlarında, həm də kriptovalyuta bazarında güclü reaksiya ilə qarşılandı. Bütün dünya bir daha gördü ki, siyasi qərarlar bazarlara çox böyük təsir göstərə bilir.
Kriptovalyuta bazarı:
Kriptovalyutalar da güclü satışlarla üzləşdi.
🥇
Bitcoin (BTC) 83 000 dollardan 74 000 dollara qədər düşdü. Bu enişin nəticəsində 1.36 milyard dollar dəyərində mövqelər (long-lar) məcburi bağlandı.

Ethereum (ETH) isə 19.84% dəyər itirdi. Ümumilikdə 441 000-dən çox treyderin mövqeləri bağlandı. Ən çox zərəri uzunmüddətli (long) mövqedə olanlar gördü.
Fond bazarları:
🇺🇸
ABŞ-da S&P 500, Dow Jones və Nasdaq indekslərinin fyuçersləri 3%-dən çox ucuzlaşdı. Bu, bazarın ayı trendinə keçə biləcəyini göstərir. Həmçinin, VIX adlı "qorxu indeksi" 52.88-ə yüksəldi. Bu da investorların çox narahat olduğunu göstərir.
Avropada da vəziyyət pis idi: Almaniyanın DAX indeksi 6.3%, ümumi Stoxx 600 indeksi isə 5.6% düşdü.
Asiyada isə vəziyyət daha pis oldu: Yaponiyanın Nikkei 225 indeksi 7.7%, Honq-Konqun Hang Seng indeksi 13.7%, Tayvanın TAIEX indeksi isə 10%-ə yaxın dəyər itirdi. Bu, TAIEX üçün tarixdə ən pis nəticə idi.
😤
Trampın reaksiyası:
Bütün bu qarışıqlığa baxmayaraq, Tramp verdiyi qərarları “lazımlı dərman” adlandırdı. O bildirdi ki, bu qərarlar ABŞ iqtisadiyyatı üçün uzunmüddətli xeyir gətirəcək və bu, ölkənin maraqlarını qorumaq üçündür.
Trampın yeni rüsum qərarı bazarlarda böyük dalğa yaratdı. Bu dalğa həm ənənəvi fond bazarlarını, həm də kriptovalyuta bazarını vurdu. İndi investorlar başa düşür ki, bir siyasi açıqlama belə milyardlarla dolların bazardan silinməsinə səbəb ola bilər.

April 07, 08:02
Файлы недоступны
1
1
Открыть в Telegram

🪙
Bitcoin 74.900$ — Nə baş verir?
Dostlar, kriptovalyuta bazarı hər zaman volatildir. Qiymətlər düşəndə qorxu artır, amma unutmayın: emosiyalarla deyil, strategiya ilə hərəkət edin.
Bugünkü düzəlişlər sabahkı yüksəlişlərin təməli ola bilər. Panikaya düşməyin, planınıza sadiq qalın və bazarı soyuqqanlılıqla izləyin.
📈
Unutmayın: Güclü investor emosiyalarını idarə edə biləndir.

April 06, 10:38
Файлы недоступны
1
1
Открыть в Telegram

🤑
Konor Makqreqor öz
$REAL
tokenini buraxdı — short üçün hazır durun))
🛒
Ulduzlar bir-bir kriptoya girir, Makqreqor da geri qalmayıb. Hazırda 24 saatlıq qapalı hərrac mərhələsi gedir.
Konordan sitat:
“Mən döyüşləri dəyişdim, viskini dəyişdim, stautu dəyişdim — indi sıra kriptodadır!”
Yaxşı da, biz bu filmin əvvəlini bilirik. Çox vaxt belə tokenlər
ragpull

dump
ilə bitir.
Nə edirik?
🧪
MEXC və digər birjalarda listinq və fyuçersləri izləyirik.
🌡
Əgər maraqlı giriş nöqtəsi verərlərsə — Ronaldinyo tokenində etdiyimiz kimi şortlayırıq. Onda ləzzətli gəlir alınmışdı.
💬
Əsas odur:
FOMO
-ya yox deyirik. Strategiya + soyuq baş = uğur.
burada təkcə döyüşçülər yox, traderlər də nokaut edir.
😁

April 03, 10:50
Файлы недоступны
1
1
Открыть в Telegram

💸
Kriptonun yuyulması necə baş verir?
Bugünkü mövzumuz bir az fərqlidir. Cinayətkarların “çirkli” kripto-tokenləri necə “təmiz” aktivlərə çevirib fiata çıxardıqlarını araşdıracağıq.
💰
Miksərlər
Kriptovalyutanın yuyulmasında ən məşhur üsul miksərlərdən (məsələn,
Blender, Sinbad, Tornado Cash
) istifadə etməkdir.
📌
İş prinsipi:
1. İstifadəçi kriptovalyutanı mikserə göndərir.
2. Pul digər istifadəçilərin vəsaitləri ilə qarışdırılır.
3. Nəticədə həmin şəxs tamamilə fərqli kriptoalır və aktivlərin izi itir.
Bu proses hüquq-mühafizə orqanlarının iz sürməsini çətinləşdirir.
2022-ci ildə Tornado Cash ABŞ-ın OFAC sanksiyalarına məruz qaldı, lakin Trampın hakimiyyətə gəlməsindən sonra bu qadağalar aradan qaldırıldı.
🏦
Səthi KYC olan kripto-birjalar
Bəzi
Mərkəzləşdirilmiş Birjalar (CEX)
istifadəçilərə minimal identifikasiya ilə ticarət etməyə imkan verir. Bu da fırıldaqçılara imkan yaradır ki, öz sxemlərini həyata keçirsinlər.
📌
Necə işləyir?
1. Hak edilmiş vəsaitlər kiçik hissələrə bölünür.
2. Müxtəlif hesablara göndərilir.
3. P2P ticarəti və ya fiat çıxış qapıları ilə vəsait çıxarılır.
Bu metod risklidir, çünki CEX-lər tranzaksiyaları izləyə bilər və hesabları dondura bilər.
🔗
Cross-chain körpülər
Kripto vəsaitlərinin yuyulmasının digər effektiv üsulu
blokçeynlərarası transferlərdir
.
📌
Metodun sxemi:
1. “Çirkli” aktivlər bir blokçeyndən digərinə ötürülür.
2. Yeni blokçeyndə anonim cüzdana göndərilir.
3. Proses bir neçə dəfə təkrarlanır və izlər minimuma endirilir.
Məsələn,
Bybit-in hakerlər tərəfindən sındırılması zamanı Lazarus qrupu oğurlanmış aktivləri məhz bu metodla yuyurdu.
🚨
Qeyd:
Bu metodlar təkcə cinayətkarlar tərəfindən yox, həm də məxfiliklərini qorumaq istəyən adi istifadəçilər tərəfindən istifadə edilə bilər. Lakin hüquq-mühafizə orqanları bu cür alətlərin istifadəsini yaxından izləyir.
👀

April 02, 21:08
Файлы недоступны
2
2
Открыть в Telegram

😤
Trampın çıxışı başa çatdı!
Hər şey canlı yayımda oldu. Ən vacib məqamlar:
• Tramp bütün ölkələrə qarşı qarşılıqlı 10% gömrük rüsumlarının tətbiqini elan etdi — 3 apreldən qüvvəyə minir.
• “Amerikanın qızıl dövrü”
🌉
geri qayıdır.
• Əvvəlcədən deyildiyi kimi, xaricdən gətirilən avtomobillərə 25% rüsum tətbiq olunacaq.
• Kanada süd məhsullarına ayrıca rüsum qoyulur.
• Digər ölkələrə tətbiq ediləcək rüsumlar:
🇨🇳
Çin – 34%,
🇪🇺
Avropa Birliyi – 20%,
🇻🇳
Vyetnam – 45%,
🇯🇵
Yaponiya – 24%,
🇮🇳
Hindistan – 26%,
🇧🇷
Braziliya – 10%,
🇰🇷
Cənubi Koreya – 25%,
🇮🇱
İsrail – 17%.
Bütün ölkələr və rüsumlar sarı ilə qeyd olunub — screenshotda var.
Bu çıxışı rahatlıqla “rüsum hücumu” adlandırmaq olar. Kriptovalyutalar barədə heç nə demədi. Bazarda bir az hərəkət oldu – gah yuxarı, gah aşağı – amma ciddi reaksiya yox idi.

March 30, 15:26
Файлы недоступны
1
1
Открыть в Telegram


Ethereum investorlar üçün yavaş-yavaş cazibəsini itirir — səbəb L2 şəbəkələridir
📉
Analitiklər deyir ki, Ethereum artıq “qaynar” investisiya sayılmır. Səbəb — ikinci səviyyəli paxıl (Layer 2) şəbəkələridi.
Komissiya gəlirlərinin çoxunu və Ethereum istifadəçilərini özdərinə çəkib

şəbəkəyə dəyər qaytarmamalarıdır .
ETH/BTC nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir
Əsas şəbəkənin gəliri azalır: istifadəçilər daha ucuz komissiyalar üçün L2-yə keçir
Çoxlu yeni tokenlər və altkoinlər bazarda ETH-yə olan tələbi azaldır
🗣
Nəticə: Ethereum hələ də Web3 üçün vacib texnologiyadır, amma investorlar artıq ETH tokeninə maraq göstərmirlər. L2 şəbəkələr əsas şəbəkəyə gəlir qaytarmayana qədər ETH təzyiq altında qalacaq.
🔥
Apreldə planlaşdırılan yeniliklər vəziyyəti dəyişə bilər.

March 28, 12:49

🇺🇸
ABŞ inflyasiya göstəriciləri
📊
Şəxsi istehlak xərcləri üzrə əsas indeks

2,8%
(gözləntilər: 2,7%)
🚨
Gözləntilərdən yüksək göstərici bazara
neqativ
təsir edə bilər.
🔍
Son enişlər artıq bu məlumatları əks etdirmiş ola bilər.

March 27, 15:33
Файлы недоступны
3
Открыть в Telegram

🔸
APSK32: Bitcoin ilin sonuna qədər 130%+ bahalaşacaq?
🚀
Analitik APSK32 fıraktal analizə əsaslanaraq BTC-nin $200K+ səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. Yaxın aylarda qiymətdə dalğalanmalar mümkün olsa da, ilin sonuna qədər güclü artım gözlənilir.
Sizcə, bu proqnoz nə dərəcədə realdır?
👀