
Klinik Psixoloq Fuad Əsədov
Ən çox nəyi xəyal edirsiniz?
İnsan özünü ən yaxşı arzularında göstərir. Bir insanın nəyi xəyal etdiyini soruşmaq, əslində onun kim olduğunu soruşmaqdır. Çünki xəyal sadəcə gələcək planı deyil – daxili istiqamətdir. İnsan ən çox nəyi arzulayırsa, ora doğru hərəkət edir; ən çox nədən qorxursa, ondan uzaq qaçır.
Ən çox nəyi xəyal etdiyin sənin dəyərlərini göstərir. Nə üçün çalışdığın ambisiyalarını üzə çıxarır. Nəyin olmasını istədiyin, əslində nəyin çatmadığını da göstərir. Bəzən xəyal güc, bəzən sevgi, bəzən azadlıq, bəzən də sadəcə rahatlıq olur. Hər halda, bu seçim təsadüfi deyil.
Birini tanımaq üçün onun keçmişini soruşmaq olar. Amma onu anlamaq üçün gələcəyini soruşmaq lazımdır. “Ən çox nəyi xəyal edirsən?” sualı insanın qorxularını, ehtiyaclarını, məqsədlərini və daxili boşluqlarını üzə çıxarır. Çünki insan ya nəyəsə doğru qaçır, ya da nədənsə qaçır. Və çox vaxt bu iki istiqamət eyni nöqtədə kəsişir.
Fuad Əsədov
Təsəvvür edin ki, sizə bir iş təklifi gəlir, amma müdür sizi o qədər də qane etməyəcək maaş təklif edir. Üstəlik bir çox hallarda özünüzə ayıracağınız vaxtda da müdürün daha yaxşı yaşaması üçün çalışacaqsınız, bəzi hallarda yeməyinizdən, istirahətinizdən, yuxu saatınızdan kəsməlisiniz. Belə bir işi qəbul edərdiniz? Yox?
Amma bir çoxunuz qəbul etmisiniz. Özdə heç bir maaş və mənfəət güdmədən.
Yadınıza salın, bütün o etdiyiniz fədakarlıqları, başqaları üçün vaz keçdiyiniz arzularınızı, yuxusuz gecələri, yemədiyiniz yeməkləri, ora-bura qaçmaqlarınız.
Nəticə nədir bəs? Ətrafınızda sizi sevən və sizə minnətdar olan bir insan ordusu? Yoxsa, bütün bunları etmək sanki sizin borcunuzdur kimi davranan insanlar? Daha çox ikinci, hə? Hansı ki, ilk istəyinizi dilə gətirdiyiniz an sizə “dəyişmisən, qudurmusan, dilin uzanıb” deyəcəklər bu insanlar. Çünki, uğruna fədakarlıq etdiyiniz insanlar sizə hörmət etmirlər. Etməyəcəklər
Bəlkə də, buna insan təbiətinin qaranlıq tərəfi deyə bilərik. Əgər siz öz sərhədlərinizi müəyyən etməsəniz, insanlar sizi sonuna qədər istismar edəcəklər. Siz icazə versəniz və başqalarının vicdanına güvənsəniz, zərər çəkəcəksiniz. Hər zaman sərhədlərini qoruyan, istəklərini həyatdan qopara bilən, ambissiyalı insanlar hörmət görür. Hər zaman belədi. Qızlar nice guy sevmir, oğlanlar traditional girl sevmir, valideynlər mama’s child sevmir, müdirlər brown-noser sevmirlər. Necə deyərlər, if you don’t set your boundaries, others will write them for you
Fuad Əsədov
Bir ayrılıq yaşadınız, kədərlisiniz. Sadəcə onu düşünür, onunla bağlı xəyallara dalırsınız. Ondan sonra kimisə sevəcəyinizə ya da güvənə biləcəyinizə şübhə edirsiniz. Başqasına baxmaq ya da həyatı onsuz yaşamaq fikri belə sizi qorxudur. Sadəcə və sadəcə onu istəyirsiniz. Düzdür? Əslində, yox.
Biri ilə ayrılmısınızsa, demək ki, bu və ya digər səbəblərdən dolayı işlər yolunda getməyib və bir ayrılıq yaşayırsınızsa, ayrılıq qərarını verən tərəfin kim olduğundan asılı olmayaraq, demək ki, o münasibət iki nəfər üçün də uyğun deyildi. Bu iki insan bir-birə ilə yola gedə bilmədi və bir-birlərinə uyğun deyildilər, deməli. Siz onun üçün darıxdığınızı düşünəndə, əslində, onun üçün yox, onunla olarkən yaşadığınız hisslərdən ötrü darıxırsınız. Və nə qədər romantikadan kənar bir cümlə olsa da, deməliyəm ki, hisslər dediyiniz şey sadəcə beyninizdə baş verən kimyəvi proseslərdir. Yəni, istənilən hissi başqa bir situasiyada, başqa bir zamanda, başqa bir insanla da yaşamaq mümkündür. Bəzən deyirlər ki, ayrılıqdan sonra ən azı bir il müddətində başqa bir münasibət yaşamayın, başqa biri ilə münasibətə girməyin. Mən bu fikirlə bir o qədər də razı deyiləm. Çünki, əslində, qısa bir müddətdə də qarşınıza doğru insan çıxa bilər. Sadəcə, diqqətli olmaq lazımdır. Diqqət etmək lazımdır ki, ondan sonraki münasibətlərinizdə onu axtarmayasınız. Köhnə münasibətiniz kimi bir münasibət axtarmayın. Unutmayın, o və onunla olan münasibət doğru olsaydı, heç ayrılıq da yaşamazdınız. Bəlkə də yeni bir model insan və yeni bir model münasibət daha uyğun olacaq sizə. Ona görə də, ayrılıqdan sonra, ən azı bir müddət sonra beyninizi sıfırlamanız və yeni bir münasibətə yeni bir münasibət kimi baxmaq lazımdır. Əgər bunu edirsinizsə, ayrılıqdan nə qədər sonra yeni bir münasibətə başlamanızın bir önəmi yoxdur. Yetər ki, köhnə münasibəti və onun kimi olan bir insanı axtarmayın.
Fuad Əsədov