
Azərbaycan Cüdo Federasiyası
İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.
Yığmamız beynəlxalq yarışı bir medalla başa vurub. -57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunub.
Daşkənd Böyük Dəbilqəsində milli komandamız tarixi nəticəyə imza atdı!
🇦🇿
🥋
4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız kişilərin mübarizəsində 39 ölkə arasında ilk pillədə qərarlaşdı.
Bu, gücün, strategiyanın və illərin zəhmətinin nəticəsidir.
💪
🔥
Ən gözəl anlar
😇
Fəxri kürsünün ən yüksək pilləsində Kənan Nəsibov, zirvədə üçrəngli bayrağımız və Özbəkistanda dördüncü dəfə səslənən Himnimiz!
🇦🇿
🎶
🥋
Daşkənd Böyük Dəbilqəsi ilklərlə yadda qaldı!
🇦🇿
🥋
Əhməd Yusifov və Ömər Rəcəblidən sonra Kənan Nəsibov da karyerasının ilk Böyük Dəbilqə çempionluğunu məhz Daşkənddə qazandı.
💪
🏆
Dünyanın ən gözəl himni üçüncü dəfə "Humo Arena"nı ayağa qaldırdı.
😍
🇦🇿
Daşkənd Böyük Dəbilqəsini 4 qızıl medalla tamamladıq!
😎
Milli komandamızın heyətində son çempion Kənan Nəsibov oldu. Gənc cüdoçumuz finalda Olimpiya və dünya mükafatçısı Alişer Yusupovu (Özbəkistan) məğlub etdi.
🥇
🇦🇿
Afərin, Kənan!
❤️
Camal Qamzatxanov Daşkənd Böyük Dəbilqəsinin bürünc medalına yiyələndi.
🥉
🇦🇿
Təbriklər, Camal.
👏
Zelim Kotsoyev Böyük Dəbilqə yarışlarında 12-ci medalını Daşkənddə aktivinə yazdırdı.
🥉
🇦🇿
İstək və inam varsa, tatamidə məğlubedilməz rəqib yoxdur.
✊
Murad Fətiyev Daşkənd Böyük Dəbilqəsində bir daha bunu sübut etdi.
❤️🔥
🇦🇿
🥋
Daşkənd Böyük Dəbilqəsində medal sayımız 5-ə çatdı.
🔝
Olimpiya çempionumuz Zelim Kotsoyev Rusiya təmsilçisi Adam Sanqariyevi ipponla məğlub edərək üçüncü yeri tutdu.
🥉
🇦🇿
Təbriklər, Zelim.
👏