Выберите регион
и язык интерфейса
Покажем актуальные для региона
Telegram-каналы и возможности
Регион
avatar

Mashalli

mashalli
Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Подписчики
1 890
24 часа
2
30 дней
-2
Необычное падение (24 часа)
Просмотры
378
ER
20%
Посты (30д)
13
Символов в посте
1 395
Инсайты от анализа ИИ по постам канала
Категория канала
Блог о бизнесе и экономике
Пол аудитории
Мужской
Возраст аудитории
35-44
Финансовый статус аудитории
Средний
Профессии аудитории
Исследования и академия
Краткое описание
February 17, 06:30

Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi pensiya və sosial müdafiə müavinətlərin ödənilməsinə dair xəbərlər (heç vaxt düşünməzdim ki, pensiya və sosial müavinətlərin vaxtında ödənilməsi xəbər ola bilər. Bunun üçün sadəcə saytda qrafik paylaşıb və bu qrafikə uyğun ödənişlər etmək lazımdır) arasında bəzən maraqlı məlumatlar da paylaşır. Misal üçün, fevralın 7-də paylaşdığı xəbərdə qeyd olunur ki, "
İlin ilk ayında gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
". Maraqlı məlumatdır. Gecikmənin dəqiq nə ilə bağlı olduğuna dair heç bir məlumat verilmir. Yalnız qeyd olunur ki, "
işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan
" (uşağın doğulması? ölüm? bəlli deyil) vəsaitdir.
Bəs yaxşı işəgötürənlər ümumiyyətlə maaşları vaxtı-vaxtında ödəyirlərmi? Çünki vaxtında edilən ödənişlər də müəyyən iqtisadi indikatordur (misal üçün, ƏƏSMN pensiyaları 9.3% artırmaq üçün 5 gün lazım oldu. Düzünü desəm hesablamanın çətinliyinin səbəbini bilmirəm). Əgər gecikmələr artırsa, deməli iqtisadiyyatda hansısa problemlər müşahidə olunur.
Elə bu məqsədlə Rusiyada Dövlət Statistika Komitəsi "
əməkhaqqı üzrə gecikmələrə
" dair aylıq statistik hesabat aparır. Azərbaycanda isə.. heç əməkhaqqına dair dəqiq və səhih məlumat yoxdur. Ümidvaram DSK-nın yeni rəhbərliyi müvafiq təklifi qəbul edəcək (yoxsa vaxtilə DSK-ya təklif etmişdim ki, digər ölkələrin nümunəsini nəzərə alıb, xarici ticarətə dair məlumatları həm daha geniş formada (HS-6 yox, HS-8 və ya HS-10 səviyyəsində) təqdim etsinlər, həm də bunu xüsusi portal formatında hazırlasınlar. Yoxsa Rusiya (düzdür, indi işləmir), Türkiyə, Gürcüstan, hər hansı Avropa ölkəsi bunu belə formatda təqdim edir, Azərbaycan isə hələ də excel cədvəllər paylaşır. Cavab olaraq bildirdilər ki, belə bir planları yoxdur) və cəmiyyətin sosial vəziyyətini göstərən daha bir göstərici əldə edəcəyik.
P.s. yeri gəlmişkən, rəhbərlik dəyişəndən bəri DSK hələ də aylıq detallı hesabatı paylaşmayıb.

February 16, 06:14

Bununla belə sürücülük vəsiqələrin statistikasına görə isə biz 2015 və 2016-ci ilin səviyyəsinə qayıtmışıq. İl ərzində 153,3 min sürücülük vəsiqəsi
verilib
. Müqayisə üçün 2024-cü ildə müvafiq göstərici 360 min idi. Ümumiyyətlə 2023 və 2024-cü illərdə bu cəhətdən çox yüksək göstəricilər qeydə alınmışdı - 366 və 360 min. Ona görə qəribə bir vəziyyət yaranır - Azərbaycan iqtisadiyyatı inkişaf edirmi (illik ÜDM artımı 1.4% olanda bunu demək çətindir) ya tənəzzülə doğru gedir (2015 və 2016-ci illər bizim iqtisadiyyat üçün ən bərbad illər hesab olunur. Ölkə hələ də istehlak cəhətindən 2014-cü il səviyyəsinə qayıda bilməyib)? Gəlin indiki vəziyyəti izah etməyə çalışaq:
1. Demoqrafik problemlər. 2008-ci ildən bu yana artıq 3,4 milyon kişi və 342 min qadın sürücülük vəsiqəsi əldə edib. Hər nə qədər qadınlar sürücülük vəsiqəsi üçün müraciət etməsələr, illik olaraq maksimum 40-50 min qadın avtomobil nəqliyyatı sürmək hüququnu əldə edir. Sürücülük ilə bağlı olan bir çox iqtisadi sahələr (yükdaşıma, sərnişindaşıma, sürücülük və s.) bizdə hələ də "kişi" sahələri hesab olunur. Ona görə müvafiq statistikada əsas rolu kişilər oynayır. Ölkədə rəsmi olaraq 5,1 milyon kişi yaşayır. Uşaqları və qocaları bu rəqəmdən çıxsaq, və müvafiq olaraq 2008-dən əvvəl sürücülük vəsiqəsi alanları əlavə etsək, elə aşağı-yuxarı göstərilən rəqəmə çıxırıq (təxmin edirəm, mənim kimi maşından uzaq olan və ömründə sürücülük vəsiqəsi əldə etmək niyyəti olmayan insan Azərbaycan az olar).
Başqa sözlə ölkədə kişilərin demək olar ki, absolyut çoxluğu artıq sürücülük vəsiqəsinə yiyələnib. Növbəti illərdə sadəcə əmək bazarına təzəlikcə daxil olan 18 yaşlı şəxslər bu statistikaya təsir edəcəklər. Onların da sayı ildən-ilə kəskin şəkildə azalır. Misal üçün, 2025-ci ildə cəmi hardasa 95 min nəfər doğulub. Onların arasında kişilərin də payı 53%-dir. Başqa sözlə yaxın illərdə yol polisi müvafiq statistikanı ən azı sabit saxlamaq istəyirsə, sürücülüyə maksimal olaraq qadınları cəlb etməlidir. Orada hələ ki, imkanlar çoxdur. Yeri gəlmişkən, təxmin edirəm ki, məhz buna görə kuryerlər ilə bağlı da qanunvericiliyə dəyişiklik edilmişdi. Yoxsa bu qədər tələbə vəsiqəsiz nəqliyyat vasitəsi sürür. Ən azı növbəti ilin statistikası üçün vəziyyət bir az düzələcək;
2. Son bir neçə il ərzində sərnişin və yükdaşıma sahəsində tənzimlənmələr artmağa davam etdi. Nəticədə əgər 2020-ci ildə misal üçün, taksi sahəsi müəyyən qədər qazanc (daha çox kompensasiya rolunu oynamağa başladı) sahəsinə çevrilmişdisə, indi artıq bu sahə ayrılır, daha çox ixtisaslaşır və daxil olmaq çətinləşir. Ona görə taksi sürmək məqsədilə vəsiqə alıb, maşın almaq tədricən tarixə qovuşur. Eynən digər nəqliyyat sahələrə də aiddir;
3. 2025-ci il həm də ölkəyə güzəştlə gətirilən yeni hibrid və elektrik maşınlar üçün son il idi. 2026-ci ildən bəri bu güzəştlərin böyük hissəsi ləğv olundu. Beləliklə, insanların böyük hissəsi üçün maşınları yeniləmək üçün son şans idi. Bir dəfə burada bu barədə yazmışdım. Son iki il ərzində ölkənin avtomobil parkı əhəmiyyətli dərəcədə yenilənməyə başlayıb (sağ olsun, Çin!) və idxalatın belə ciddi artımın da əsas səbəbi məhz daha çox budur. Yəni ölkə iqtisadiyyatında vəziyyət yaxşılaşmır və 2024-cü il ilə müqayisədə heç də ürəkaçan deyil. Sadəcə daha ucuz və nisbətən qənaətli avtomobil (hələ ki, iqtisadiyyat avtomobildən imtina etmək səviyyəsinə çatmayıb) əldə etmək son şans idi.

February 16, 06:14
Файлы недоступны
1
Открыть в Telegram

Azərbaycan iqtisadiyyatı çox qəribə bir məfhumdur. Onun qəribə olmasının əsas səbəbi onun araşdırılmamasındadır. Yəni ümumi iqtisadi qanunlar hamı üçün eynidir, sadəcə bölgədən bölgəyə, şəhərdən şəhərə yerli və fərqli amillərin təsiri mümkündür (iqlimdən başlamış yerli resurslara kimi - misal üçün, bizdə neft və qaz var, eyni zamanda Rusiyanın tərəvəz və meyvə təminatçısıyıq və s.). Təəssüflər olsun ki, Azərbaycanı bu cəhətdən araşdıran yoxdur.
Nəsə, ölkə iqtisadiyyatının vəziyyətinin vacib indikatorlardan biri də avtomobil idxalıdır. Əgər iqtisadiyyatda vəziyyət normaldırsa, avtomobil idxalı artır, vəziyyət pisləşdikcə azalır. Ona uyğun olaraq sürücülük vəsiqələrin alınma statistikası da dəyişirdi. Yuxarıdakı diaqramda siz prinsipcə bunu görə bilərsiniz.
Amma keçən il qəribə bir fakt yaşandı. Deməli rəsmi məlumata görə, 2025-ci ildə Azərbaycan 114 minə yaxın minik avtomobil idxal edib. Bu tarixdə ən yüksək göstəricidir (devalvasiyadan əvvəlki 2013-cü ili də keçib).

February 14, 06:29

- Хогселиус А. Красный газ. Россия и возникновение энергетической зависимости Европы. Москва. 2024. 536с. - Rusiya və Avropa arasında təbii qaza dair münasibətlər necə formalaşıb, 2000-ci ildə mövcud olan asılılıq necə yaranıb? Bu suallara cavab vermək cəhətindən maraqlı kitabdır. Prinsipcə tarixi prosesi izləmək cəhətindən də maraqlıdır. Müəllif bir neçə yerdə qeyd edir ki, SSRİ-də nazırlər, rəhbərlər və s. heç vaxt düşünməyiblər ki, gəlin "Avropanı özümüzdən asılı vəziyyətə salaq və sonradan onu şantaj edək". Əksinə daim Avropanı dəstəkləməyə çalışıblar, faktiki olaraq mövcud Avropa qaz infrastrukturun (vahid yox, məhz şaxələnmiş) qurulmasında böyük paya malikdilər. Bununla belə Avropa tərəfi söhbət başlayandan bəri düşünürdü ki, "SSRİ bizi ələ almağa çalışır". ABŞ birbaşa müvafiq məqsədlə bu və ya digər addım atırdı, amma Avropanı bu narahat etmirdi. SSRİ isə heç belə məqsəd bəyan etmirdi (müəllifin araşdırdığı heç bir sənəddə buna dair nəsə tapılmayıb), amma daim Avropanın narahatlığına səbəb olurdu. Reallıqda SSRİ-nin ixrac etmək ehtiyacı var idi və Avropa da bir variant idi. Yeri gəlmişkən, Azərbaycan qazı haqqında da bəzi qeydlər var (nəzərə almaq lazımdır ki, SSRİ naziri olmuş yeganə azərbaycanlı məhz qaz sənayesi naziri idi);
- Эразм Роттердамский. Похвала глупости. Москва. 1960. 168с. - qəribə əsərdir. Prinsipcə indi də maraqla oxunur. Düzdür bir çox məqamları başa düşmək üçün antik mifologiyanı və s. bilmək lazımdır, amma maraqlıdır. Hətta deyərdim ki, indi də gülməli gəlir;
- Чехов А.П. Полное собрание сочинений и писем в 30 томах. Сочинения в 18 томах. Том 10. Москва. 1985с. 496с. - hekayələrə dair sonuncu cilddir. Bu cilddə kifayət qədər maraqlı hekayələr var və deyərdim ki, "Человек в футляре", çox möhtəşəm olmasına baxmayaraq "Ионыч", "Случай из практики", "По делам службы", "Новая дача", "В овраге" və s. ondan geridə qalmırlar.

February 14, 06:29

- Коллонтай А.М. Василиса Малыгина. Москва. 1927. 225с. - bilmirəm bilirsiniz ya yox, amma rus dilində məşhur bir ifadə var: "sevgi (seks və s.) su stəkanı kimi olmalıdır - istəyənə təqdim olunmalıdır". Adətən bu ifadənin müəllifi olaraq Kollontayı göstərirlər. Bununla da "bolşevik feministlərin" necə də radikal, ailə dəyərlərinə qarşı olduğunu göstərməyə çalışırlar. Yadımdadır ki, hardasa 20 il əvvəl məşhur miflərdən biri "ailənin sosiallaşması" söhbəti idi. Deyilənə görə 1918-ci ildə bolşeviklər belə bir qərar qəbul etmişdilər. Reallıqda belə bir ifadə anarxist qruplardan birinə aid idi və ümumiyyətlə başa düşülən məna ilə heç bir yaxınlığı da yox idi, amma bolşeviklərə dair bütün miflər adətən fakt kimi qəbul olunur. Nəsə müvafiq ifadənin də mənbəsi məhz bu əsərdir.
Əsər bədii olaraq çox da oxunaqlı deyil, sadəcə mövzusu bir qədər cəlb edir. Düşünürsən ki, maraqlıdır yaxşı bəs bu söhbətdən necə çıxacaq? Ümumiyyətlə sosialist cəmiyyətdə bu vəziyyətdən çıxış necədir? Kapitalist cəmiyyəti ilə eynilikmi təşkil edir? Müvafiq ifadəyə səbəb isə əsərdə olan bir abzasdır. Vasilisa ərinin yanına (yeri gəlmişkən, əsərdə xüsusən bir neçə dəfə qeyd olunur ki, ər və arvad olmasına baxmayaraq, onlar heç yerdə qeydiyyatdan keçməmişdilər. Buna baxmayaraq o dövrün cəmiyyətində ailə hesab olunurdular) gələndə, onu bir tibb bacısı ilə yaxalayır. O zaman da özündə düşünür ki, "bizim aramızda sevgidir, o tibb bacısı isə "araq stəkanıdır - içib, yaddan çıxaracaq"". Əsər heç də bu ifadənin tərəfini tutmur (hətta azad sevgini belə tərənnüm etmir), amma niyəsə Kollontay haqqında fikirlər adətən məhz bu ifadə ilə bağlıdır. Əsərə qayıtdıqda isə müəllifin əsas məqsədi ona müasir olan cəmiyyətdə yaranan problemlərin həllini düşünmək idi. Əslinə qalsa müasir Azərbaycanda belə tipli bədii əsərlər çoxlu sayda lazımdır. Təxmin edirəm ki, kimsə ən azı bu mövzuda (cinsi bərabərlik nə deməkdir, qadınların azadlığı nədir, nikah vacibdirmi ya yox və s.) nəsə yazsa, cəmiyyətdə çox geniş əks-səda yarada bilər və bəlkə düşünməyə vadar edər.
- Сигурдардоттир И. ДНК. Москва. 2020. 448с. və Олафсдоттир А.А. Мисс Исландия. Москва. 2022. 253с. - 2024-cü ildə İslandiyanın bədii ədəbiyyat ixracı 1.9 milyon avro təşkil edib (müvafiq sorğuda nəşriyyatların yalnız 2/3-i iştirak edib). Müqayisə üçün, 2025-ci ildə Azərbaycan təxmini eyni dəyərdə cem və duz ixrac edib. İslandiya kimi 300 minlik ölkə üçün bu, əlbəttə ki, yüksək göstəricidir. Mən də özümü sakitləşdirmək üçün periodik olaraq skandinav ədəbiyyatına müraciət edirəm. Ebook-da baxarkən bu iki əsər qarşıma düşdü. Vaxtilə yükləmişdim və heç səbəbi yadımda qalmayıb. Nəsə birincisi tipik detektivdir (amma İslandiyada bəzi genetik problemlərin daha çox yayılması haqqında məlumatları öyrəndim). Maraqlıdır ki, müəllif eyni zamanda həm uşaq ədəbiyyatı, həm də qeyri-ənənəvi detektivlər də yazır.
İkinci əsər daha çox kənddən şəhərə köçən insanlara həsr olunub. Hər iki əsər maraqlıdır. Prinsipcə əgər prosesin sakit davam etməsini sevirsinizsə, bu sizə uyğun bir əsərlərdir.

February 14, 06:29
Файлы недоступны
1
Открыть в Telegram

Ənənəvi olaraq hər ayın ilk şənbəsi keçən ay ərzində oxuduğum kitablara dair yazımı.. gecikdirdim. Son ay bir qədər çətin keçdi. Düzdür hər ilin ilk ayı (sadəcə təqvim olmasına baxmayaraq) adətən çətin keçir, amma bu dəfə qat-qat çətin idi. Şəxsi inkişaf və hədəflər cəhətindən 2025-ci il mənim üçün uğursuz oldu. Demək olar ki, heç bir məqsədimə, hədəfimə çatmamışam (iş cəhətindən isə əksinə çatmışam və bəzi məqamlarda üstələmişəm). Keçən il mənim üçün sadəcə ev-işdən ibarət idi. Bu ilin əvvəli də elə başladı deyə, telegram üçün nəsə yazmaq həvəsində deyildim (daim kanalı bağlamaq haqqında düşünürəm. Müasir Azərbaycanda onsuzda heç bir ciddi rəyə maraq yoxdur). Nəsə, amma bəzən düşünürəm ki, oxumaq və yazmaq mövcud reallıqda qala-qala qaçmaq üçün yeganə üsuldur. Nəsə:

February 13, 06:24
Файлы недоступны
1
Открыть в Telegram

Cədvəldə siz 1701-1724-cü illərdə Rusiyadan xaricə (əsasən İtaliyaya) balıq kürüsünün ixracına dair məlumatları görə bilərsiniz. Təxmini hardasa 18-ci əsrin ortalarından məlumatlar daha sistematik xarakter daşıyır, amma ondan əvvəlki dövrə dair məlumatları toplamaq daha çətindir. Amma ümumən oxuduğum kitabın müəllifi müxtəlif mənbələrə əsasən (bəzi illər üzrə tam məlumat yoxdur) müvafiq dövrdə göstəriciləri toplayıb və dərc edib.
Azərbaycanda isə.. hətta 1990-ci illərə dair statistik məlumatları tapmaq bir qədər çətindir, qaldı ki, XVIII əsrin ilk rübü...

February 12, 16:01
Файлы недоступны
1
Открыть в Telegram

Deyilənə görə insanlar metrodan daha çox istifadə etməyə başlayıblar..

February 11, 06:06
Файлы недоступны
1
Открыть в Telegram

Azərbaycan haqqında məlumatları haradan öyrənmək olar? Əlbəttə kİ, xarici media və sosial şəbəkələrdən. Bu yaxınlarda X-də "Car İndustry Analysis" səhifəsi Azərbaycan minik avtomobil bazarına dair məlumatları paylaşıb. Müvafiq məlumatları da bizim medialar deyəsən heç istinad vermədən paylaşıblar. Elə bil ki, bizim medialar özləri bu məlumatı tapıblar, sorğulandırıblar və s. Nəsə, müvafiq məlumata istinad etsək görə bilərik ki, siyahıda qeyd olunan avtomobillərin payı əvvəlki il ilə müqayisədə 24.8 faiz bəndi artıb.

February 10, 15:03

Statistika komitəsinin yeni rəhbərliyi haqqında: deməli 2017-ci ilin fevralında Rusiya iqtisadi inkişaf naziri Rosstatın məlumatlarından narazı qaldı. Onun fikrincə iqtisadiyyatda artım olduğu halda, statistika azalmanı göstərir. Bu da reallığı əks etdirmir.
Çox keçmədi və hökumətin qərarı ilə Statistika komitəsi elə bu nazirliyin tabeliyinə keçdi. Bundan sonra qəribə şeylər baş verməyə başladı. Söhbət o yerə çatdı ki, hətta hökumətin digər nümayəndələri (maliyyə naziri, Mərkəzi Bank və s.), parlament rəsmi statistikanın rəqəmlərini lağa qoymağa başladılar. Hətta xüsusi təhqiqat keçirib, müəyyən etdilər ki, reallıq və statistika arasında ciddi fərq var. O vaxtdan bu yana statistika özünə gələ bilmir.
Nəsə DSK deyir ki, keçən il ərzində ÜDM 1.4% artıb. Bu da əvvəlki il ilə müqayisədə 3.7 faiz bəndi azdır.