Выберите регион
и язык интерфейса
Покажем актуальные для региона
Telegram-каналы и возможности
Регион
avatar

Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭

mutluturkum
• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨 Contact: @kzmv_227
Подписчики
4 910
24 часа
-40
30 дней
Необычный рост (24 часа)
Просмотры
77
ER
1,81%
Посты (30д)
2
Символов в посте
554
Инсайты от анализа ИИ по постам канала
Категория канала
HIПрочая
Пол аудитории
Женский
Возраст аудитории
25-34
Финансовый статус аудитории
Средний
Профессии аудитории
Исследования и академия
Краткое описание
February 07, 09:05
Файлы недоступны
2
2
Открыть в Telegram

📌
Bu gün düşmən ordusu ilə 5 saat təkbaşına savaşaraq tarix yazan Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Daim qəlbimizdəsən
❤️
!
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Prezident İlham Əliyev Milli Ordunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Allah rəhmət eləsin!
Ruhuna sayğılar!
🇦🇿
❤️
#ƏsrimizinKürşadı
#Birölərmindoğularıq

@MutluTurkum

February 07, 09:04
Файлы недоступны
1
Открыть в Telegram

February 05, 16:12

📌
Səlcuqi Sultanı Məlikşahın türkcə məktubu Zübdetüt-təvarix, Əxbərül-üməra vəl-müluk əs-Səlcuqiyyə” adlı, 1225-ci ildən əvvəl tərtib edilmiş əsərdə (təxmini 800 il əvvəl) Səlcuqi Sultanı Məlikşahın (1072–1092) türkcə bir məktub yazması qeyd olunur. Rəvayətə…

February 05, 15:53
Файлы недоступны
1
Открыть в Telegram

📌
Səlcuqi Sultanı Məlikşahın türkcə məktubu
Zübdetüt-təvarix,
Əxbərül-üməra vəl-müluk əs-Səlcuqiyyə
” adlı, 1225-ci ildən əvvəl tərtib edilmiş əsərdə (təxmini 800 il əvvəl) Səlcuqi Sultanı Məlikşahın (1072–1092)
türkcə
bir məktub yazması qeyd olunur.
Rəvayətə görə, Sultan Məlikşah dövründə divan-inşanın rəhbəri və sultanın xüsusi etimad göstərdiyi yaxın müşaviri
Kəmaləddin Əbür-riza Fəzlullah
bir gün sarayda olmadığı üçün, sultan ona türkcə bir məktub yazır və onda ona olan ehtiyacını bildirir.
📍
Qaynaq
:
زبدة التواریخ، أخبار الأمراء والملوک السلجوقیة
(Zübdetü’t-Tevârîh – Əxbârü’l-Ümerâ ve’l-Mülûk es-Səlcuqiyyə
✍🏻
Müəllif
:
عمادالدین أبو الفداء إسماعیل بن علی بن محمود ابن الملقی الموصلی
(İmadəddin Əbu’l-Fida İsmail ibn Ali ibn Mahmud ibn al-Mulqi al-Mosuli)
Tədqiqatçı / Nəşrə hazırlayan
:
الدکتور یوسف شکری خطیب
(Dr. Yusif Şükri Xatib)
Nəşriyyat
: (Dar Iqra Nəşriyyatı - دار اقرأ ) s, 143
Qeyd: kitabın dili
ərəbcədir.
🇦🇿
@MutluTurkum

February 04, 17:24
Файлы недоступны
2
Открыть в Telegram

📌
Güney Azərbaycanın Zəngan ( Zəncan ) şəhərində yerləşən
Daşkəsən qaya məbədi
Daşkəsən qaya məbədi Elxanilər dövründən Azərbaycan torpaqlarında yadigar qalmış olan tarixi memarlıq nümunəsidir.
Bu tarixi yer ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu məkan Elxanilər dövründən əvvəl
Mitra (Mehr) dininə
sitayiş edənlərin ibadətgahı olmuşdur və tarixi islamdan öncəki dövrlərə gedib çıxır. Elxanilər zamanında isə ona
əjdaha və nəbati naxışlar
əlavə edilmişdir.
Tarixçilərin sözlərinə görə, Daşkəsən qaya məbədinin tikilməsi barədə fərmanı
Sultan Məhəmməd Xudabəndənin bacısı Elcay xatun
, Elxani Arğun şahın ölümündən sonra vermişdir. Lakin bu qaya tikili heç vaxt tamamlanmamışdır!
Zənganın məşhur məbədinin yarımçıq qalmasının səbəbi isə
Elxanilərin islam dininə yönəlməsi ilə izah
olunur
.
#GüneyAzərbaycanımızıtanıhaq
!
🇦🇿
🇦🇿
@MutluTurkum

February 03, 04:05
Файлы недоступны
1
Открыть в Telegram

📌
Şah İsmayıl Qızılbaş dövründə Səfəvilər dövlətinin bayrağı
Türk mifologiyasında Günəş və Ay işığın son həddi sayılır və bu anlayış və bir neçə başqa mifoloji məfhum Gün–Ay tamğasının yaranmasına səbəb olmuşdur.
Gün–Ay tamğası
türk kültüründə hakimiyyətin rəmzi kimi formalaşmışdır. Sonralar yalnız Günəş formasını, məsələn, Səfəvilərin bayrağında görürük.
Göytürk xaqanları inanırdılar ki, türk xaqanı Günəşdən gəlmiş və taxta oturmaq üçün Tanrı tərəfindən seçilmişdir. Göytürk xaqanları gündə üç dəfə Günəşə baxar, Günəşi taxt və hakimiyyətin güc verən rəmzi hesab edərdilər.
Buna görə də : səhərlər – şərqə ( günəş türk mifologiyasında şərqin simvoludur ) baxıb günəşi salamlayır, gecələr isə üzü qərbə (ay türk mifologiyasında qərbin simvoludur) baxıb aya salam verirdilər.
Günəş və Aya salam vermək ənənəsi bu gün də türklərin, o cümlədən İran adlanan ölkədə yaşayan türklərinin canlı mədəniyyətində yaşayır.
✍🏻
Mənbə: Şifahi ədəbiyyat
Səfəvi Bayraqları bağlı məqaləni oxumaq üçün
⤴️
🇦🇿
@MutluTurkum

February 03, 04:01

📌
Dr. Dos. Tofiq Nəcəflinin Azərbaycan Səfəvilər Dövlətinin Bayraqlarına Dair adlı məqaləsi.
Daha geniş məlumat almaq istəyənlər buradan oxuya bilər.
🇦🇿
@MutluTurkum

February 02, 07:45
Файлы недоступны
1
Открыть в Telegram

📌
2 fevral - Azərbaycan gəncləri günü münasibətilə kanalımızda olan hər bir Azərbaycan gəncini təbrik edir, gələcək həyatlarında bol - bol uğur arzu edirik.
Vətənim Azərbaycana hər zaman layiqli olmağımız diləyi ilə
🇦🇿
Hörmətlə : Bütöv Azərbaycan Tarixi Axaqı
🇦🇿
𒀭

@MutluTurkum

January 31, 13:22
Файлы недоступны
2
Открыть в Telegram

📌
Bu gün - Ankara, Cəbəci Əsri məzarlığı ( 31. 01. 2026 )
Və Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edən o qədər insan var idi ki, özəlliklə gənclərin olması ayrı qürurvericidir. Bu yerdə böyük insanın " Gəncliyə xitab " şeirini yada salmaq yerinə düşər:
🔖
M. Ə. Rəsulzadənin Gəncliyə Xitabı
“Ey Gənclik! Ey Türk gəncliyi!”
Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”.
Dərin sayğı ilə, hörmətlə, minnətlə!
🇦🇿
❤️
🇦🇿
🇹🇷
@MutluTurkum

January 31, 08:37

📌
Prof. Dr. Cəmil Həsənli böyük Azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə haqqında yazır. ( 31. 01. 2026 ) Oxumaq üçün
⤵️
https://t.me/MutluTurkum/8851?single