Выберите регион
и язык интерфейса
Покажем актуальные для региона
Telegram-каналы и возможности
Регион
avatar

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

polisazerbaycan
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz! ☎️ (+994 12) 590-98-44 (+994 12) 590 -92-22 🔹️ https://www.facebook.com/polisazerbaycan/ 🔹️ https://instagram.com/polisazerbaycan/ 🔹️ https://www.youtube.com/c/PolisAzerbaycan
Подписчики
11 600
24 часа
30 дней
Просмотры
996
ER
12,31%
Посты (30д)
55
Символов в посте
336
Инсайты от анализа ИИ по постам канала
Категория канала
Новости
Пол аудитории
Мужской
Возраст аудитории
35-44
Финансовый статус аудитории
Средний
Профессии аудитории
Государственный и публичный сектор
Краткое описание
March 02, 06:55
Файлы недоступны
2
Открыть в Telegram

Qayda pozmaqla yox, əməl etməklə nümunə olun!
🏍️
🛵
🚫
İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar çox vaxt ağır xəsarət və ya ölümlə nəticələnir. Müşahidələr göstərir ki, əsas səbəblər – yüksək sürət, qırmızı işıqda keçmək, əks istiqamətdə hərəkət, təhlükəli manevrlər və yol nişanlarının tələblərinə əməl etməməkdir.
⚠️
Unutmayaq: qayda pozuntusunu paylaşmaq “cəsarət” deyil, həyat üçün riskdir.
Həyatınızı və digər hərəkət iştirakçılarının təhlükəsizliyini qoruyun!

February 28, 15:51
Файлы недоступны
4
Открыть в Telegram

Tariximizi qoruyuruq.
📍
Qarabağda mədəni irsimiz etibarlı mühafizə olunur.

February 28, 11:21
Файлы недоступны
1
Открыть в Telegram

Mübarizə davam edir

📍
Qaradağ rayonunda polisin keçirdiyi sonuncu əməliyyatlar nəticəsində
5️⃣
narkokuryer saxlanılıb,
6️⃣
6️⃣
kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
✔️
Qeyd edək ki, son 2 ay ərzində Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

February 28, 09:30
Файлы недоступны
1
Открыть в Telegram

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.
Bu barədə əlavə məlumat veriləcəkdir.

February 28, 06:10
Файлы недоступны
1
Открыть в Telegram

🪪
🔐
Şəxsi məlumatlarınız açardır - onu kənar şəxslərə verməyiniz pul vəsaitlərinizin oğurlanması ilə nəticələnir.
⚠️
Bir daha kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməməyi tövsiyə edirik.

February 27, 18:00
Файлы недоступны
1
Открыть в Telegram

Birgəyaşayış qaydalarına riayət edək
⤵️
🔊
🛠️
Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.
🛂
Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır.
🤝
Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq.

February 27, 13:55
Файлы недоступны
1
Открыть в Telegram

Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin montajla üzərinə təhqiramiz ifadələr yazılmış fotolarını sosial şəbəkələrdə paylaşaraq silinməsi müqabilində pul tələb etdiyinə görə saxlanılan şəxs barəsində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində (KMBİ) cinayət işi başlanılıb.
🗂️
Araşdırmalar davam etdirilir.

February 27, 06:46
Файлы недоступны
1
Открыть в Telegram

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun 2026-2027-ci tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına kursant qəbulu başladı
📝
📞
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 560-27-00
(012) 513-23-06
(012) 590-65-38

February 26, 17:42
Файлы недоступны
1
Открыть в Telegram

Tələbələrin fotolarını yayan şəxs saxlanıldı
🚨
💻
BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.

February 26, 08:19
Файлы недоступны
1
Открыть в Telegram

Narkotik ticarətinə növbəti zərbə - 51 kiloqram narkotik vasitə və 2999 ədəd metadon həbi

🚨
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş şəxs saxlanılıb.
☑️
Onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb.