
Dövlət İmtahan Mərkəzi
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
Açıq görüşdə iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər, həmçinin qəbul kampaniyasının gedişi ilə maraqlanan şəxslər üçün yeni layihə həyata keçirir. Hər ay DİM-də Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.
Bu dəfəki görüş "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri"nə həsr olunacaq.
Diqqət!
Yerlər məhdud olduğu üçün görüşdə yalnız dəqiq iştirak edə biləcəyiniz halda qeydiyyatdan keçin.
Ətraflı məlumat və qeydiyyat üçün
https://shorturl.at/qFXKh
daxil ola bilərsiniz.
https://dim.gov.az/az/metbuat/xeberler/mayin-3-de-kecirilecek-azerbaycan-dili-dovlet-dili-imtahani-istirakcilarinin-nezerine
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (
https://eservices.dim.gov.az/erizebak/cehd1/
) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
⏰
İmtahan saat 11:00-da başlanır.
❗️
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
➡️
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
📑
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
✅
İmtahana buraxılış vərəqəsi;
✅
Şəxsiyyəti təsdiq edən sənədin əsli:
📍
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.
Bütün iştirakçılara uğurlar arzu edirik!
Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Sınaq imtahanına qeydiyyat bu gün saat 23:59-dək aparılacaq.
https://eservices.dim.gov.az/sinaq#
Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.
Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.
https://eservices.dim.gov.az/sinaq#
Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.
Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.
https://eservices.dim.gov.az/sinaq#
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aprelin 13-dən etibarən aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının
ekabinet.dim.gov.az
səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə
epayment.dim.gov.az
internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (
https://www.e-gov.az/az/services/read/3148/2
) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsi planlaşdırılır.