Π’Ρ‹Π±Π΅Ρ€ΠΈΡ‚Π΅ Ρ€Π΅Π³ΠΈΠΎΠ½
ΠΈ язык интСрфСйса
ПокаТСм Π°ΠΊΡ‚ΡƒΠ°Π»ΡŒΠ½Ρ‹Π΅ для Ρ€Π΅Π³ΠΈΠΎΠ½Π°
Telegram-ΠΊΠ°Π½Π°Π»Ρ‹ ΠΈ возмоТности
Π Π΅Π³ΠΈΠΎΠ½
avatar

π™π™–π™§π™žπ™­π™žπ™£π™›π™€ πŸ‡¦πŸ‡Ώ

tarixinf0
Δ°nkişaf etmΙ™k istΙ™yΙ™nlΙ™r ΓΌΓ§ΓΌn maraqlΔ± mΙ™lumatlar olan kollektiv bloq servisi. βœ…
ΠŸΠΎΠ΄ΠΏΠΈΡΡ‡ΠΈΠΊΠΈ
22 200
24 часа
-400
30 Π΄Π½Π΅ΠΉ
β€”
ΠŸΡ€ΠΎΡΠΌΠΎΡ‚Ρ€Ρ‹
2 738
ER
12,33%
ΠŸΠΎΡΡ‚Ρ‹ (30Π΄)
β€”
Π‘ΠΈΠΌΠ²ΠΎΠ»ΠΎΠ² Π² постС
460
Π˜Π½ΡΠ°ΠΉΡ‚Ρ‹ ΠΎΡ‚ Π°Π½Π°Π»ΠΈΠ·Π° ИИ ΠΏΠΎ постам ΠΊΠ°Π½Π°Π»Π°
ΠšΠ°Ρ‚Π΅Π³ΠΎΡ€ΠΈΡ ΠΊΠ°Π½Π°Π»Π°
EDΠžΠ±Ρ‰Π΅Π΅ ΠΎΠ±Ρ€Π°Π·ΠΎΠ²Π°Π½ΠΈΠ΅ ΠΈ новости
Пол Π°ΡƒΠ΄ΠΈΡ‚ΠΎΡ€ΠΈΠΈ
ΠœΡƒΠΆΡΠΊΠΎΠΉ
Возраст Π°ΡƒΠ΄ΠΈΡ‚ΠΎΡ€ΠΈΠΈ
25-34
Ѐинансовый статус Π°ΡƒΠ΄ΠΈΡ‚ΠΎΡ€ΠΈΠΈ
Π‘Ρ€Π΅Π΄Π½ΠΈΠΉ
ΠŸΡ€ΠΎΡ„Π΅ΡΡΠΈΠΈ Π°ΡƒΠ΄ΠΈΡ‚ΠΎΡ€ΠΈΠΈ
ИсслСдования и акадСмия
ΠšΡ€Π°Ρ‚ΠΊΠΎΠ΅ описаниС
November 17, 09:54
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

BΙ™zi balΔ±q nΓΆvlΙ™rinin vΙ™ sΓΌrΓΌnΙ™nlΙ™rin başlarΔ± ΓΌzΙ™rindΙ™ 3-cΓΌ gΓΆz var. XΔ±rda olduğu ΓΌΓ§ΓΌn biz onu gΓΆrΙ™ bilmirik. DigΙ™r gΓΆzlΙ™r yumulsa da, bu gΓΆz yumulmur, daim fΙ™aliyyΙ™tdΙ™dir ...

November 15, 08:37
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

Qırmızgâz qurbağa...
Uzunluğu 6-8sm olan bu qurbağalarΔ±n mΙ™skΙ™ni CΙ™nubi AmerikadΔ±r.
🐸
QΔ±rmΔ±zΔ± gΓΆzlΓΌ ağac qurbağalarΔ± (Agalychnis callidryas) Ι™sl şoumendirlΙ™r.
TΙ™hlΓΌkΙ™ hiss etdiklΙ™ri zaman qΔ±rmΔ±zΔ± gΓΆzlΙ™rini bΙ™rΙ™ldir, narΔ±ncΔ± ayaqlarΔ±nΔ± parladΔ±r vΙ™ rΙ™ngli tΙ™rΙ™flΙ™rini qabarΔ±q ΕŸΙ™kildΙ™ düşmΙ™nΙ™ gΓΆstΙ™rir.
Bunlar hamΔ±sΔ± mΓΌdafiΙ™ ΓΌΓ§ΓΌndΓΌr. TΙ™bii ki, burada qorxulu heΓ§ nΙ™ yoxdur vΙ™ düşmΙ™n dΙ™ ondan qorxmur. MΙ™qsΙ™d bir anlığa düşmΙ™ni Γ§aşdΔ±rmaqdΔ±r.
Bu kiΓ§ik mΓΌddΙ™t isΙ™ qurbağaya qaΓ§maq ΓΌΓ§ΓΌn fΓΌrsΙ™t verir.
βœ…
https://t.me/Tarixinf0
πŸ””

November 14, 19:01
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

Bu oğlanΔ±n adΔ± Peterdi. Masai tayfasΔ±nΔ±n ΓΌzvΓΌdΓΌr. MΙ™ni ox atmağa, bitkilΙ™ri tanΔ±mağa, xΔ±rda ovla mΙ™ΕŸquΔ± olmağa ΓΆyrΙ™dirdi.
Peter Ι™mindir ki,
QARABAĞ AZƏRBAYCANDIR!
✌🏻

November 14, 19:01
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

ΕžΙ™kildΙ™ gΓΆrdΓΌyΓΌnΓΌz aΓ§Δ±q havada oteldir vΙ™ Γ‡indΙ™ yerlΙ™ΕŸir. Burda yatmaq istΙ™yΙ™n var?)))

October 27, 07:14
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

πŸ“Œ
Β«Donmuş saΓ§lar, amma alov kimi iradΙ™.”
Bu, Γ§inli oğlan Vanq FumandΔ±r. O, -15 dΙ™rΙ™cΙ™ şaxtada nazik gΓΆdΙ™kΓ§Ι™dΙ™ vΙ™ papaqsΔ±z, 5 km yol gedΙ™rΙ™k imtahana Γ§atmışdΔ±. SaΓ§larΔ± donmuş, yanaqlarΔ± qΔ±zarmışdΔ±. EvindΙ™ vΙ™ mΙ™ktΙ™bindΙ™ istilik yox idi, amma Vanq oxumaqla yoxsulluqdan qurtulmaq istΙ™yirdi.
O, imtahanda 100-dΙ™n 99 bal topladΔ±. MΓΌΙ™llimi onun ΕŸΙ™klini paylaşandan sonra insanlar 3 milyon yuan ianΙ™ topladΔ±lar. MΙ™ktΙ™bdΙ™ istilik sistemi quraşdΔ±rΔ±ldΔ±, uşaqlara isti geyimlΙ™r alΔ±ndΔ±.
PekinΙ™ dΙ™vΙ™t olunan Vanq belΙ™ dedi:
β€œBiz evdΙ™ kΓΆmΓΌr yandΔ±rΔ±rΔ±q vΙ™ gΓΆdΙ™kΓ§Ι™ ilΙ™ yatΔ±rΔ±q. Burada isΙ™ kΓΆynΙ™klΙ™ gΙ™zirΙ™m β€” istilik mΓΆcΓΌzΙ™dir!”
‼️
BΙ™zΙ™n sahib olduqlarΔ±mΔ±zΔ±n dΙ™yΙ™rini anlamΔ±rΔ±q, Γ§ΓΌnki Γ§ox şey istΙ™yirik β€” halbuki xoşbΙ™xtlik Γ§oxdan yanΔ±mΔ±zdadΔ±r. Ona gΓΆrΙ™ dΙ™ heΓ§ vaxt ruhdan düşmΙ™, hΙ™r zaman irΙ™li get.

October 23, 07:20
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

Bu cΓΌr vΙ™ziyyΙ™tlΙ™r sadΙ™cΙ™ gΓΌlmΙ™li gΓΆrΓΌnmΓΌr, eyni zamanda real yanğın vΙ™ qΔ±saqapanma riski yaradΔ±r.
HeΓ§ kim düşünmΓΌr ki, bir gΓΌn bu prizlΙ™rdΙ™n tΓΌstΓΌ Γ§Δ±xacaq… amma Γ§Δ±xΔ±r.

July 24, 15:19
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

πŸ“±
Telefonlardan ƏldΙ™ Olunan QΔ±zΔ±l
HΙ™r 1 ton smartfondan Ι™n az 200 qram qΔ±zΔ±l Ι™ldΙ™ etmΙ™k mΓΌmkΓΌndΓΌr. MΓΌqayisΙ™ ΓΌΓ§ΓΌn deyΙ™k ki, mΙ™dΙ™nlΙ™rdΙ™ 1 ton daşdan tΙ™xminΙ™n 5 qram qΔ±zΔ±l Γ§Δ±xartmaq mΓΌmkΓΌn olur. Statistikaya gΓΆrΙ™, dΓΌnyada elektronik zibillikdΙ™n Ι™ldΙ™ edilΙ™n qΔ±zΔ±l il Ι™rzindΙ™ Γ§Δ±xarΔ±lan ΓΌmumi qΔ±zΔ±lΔ±n 11%-i tΙ™ΕŸkil edir. QΔ±zΔ±ldan Ι™lavΙ™ 1 ton mobil telefondan tΙ™xminΙ™n 100 kq mis, 3 kq gΓΌmüş Ι™ldΙ™ etmΙ™k mΓΌmkΓΌndΓΌr. 1 Ι™dΙ™d smartfonda orta hesabla 1/35 qram qΔ±zΔ±l olur. (Δ°stinad: 4PDA, SD Bullion, Albert Eynişeydi)
βœ…
@Tarixinf0
🌿

July 24, 15:19
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

🍸
Δ°nsanΔ± DΙ™li EdΙ™n, Δ°ntihara SΓΆvq EdΙ™n Spirtli Δ°Γ§ki
Absent olduqca tΓΌnd olan (70-75%) spirtli iΓ§kidir. Bu iΓ§ki uzun mΓΌddΙ™tli istifadΙ™ zamanΔ± dΙ™liliyΙ™ vΙ™ intihara meyllilik yaratdığı ΓΌΓ§ΓΌn 20-ci Ι™srin Ι™vvΙ™llΙ™rindΙ™ Ι™ksΙ™r ΓΆlkΙ™lΙ™rdΙ™ qadağan olunmuşdur. Δ°Γ§kinin Ι™n Γ§ox rastlanan Ι™ks tΙ™siri isΙ™ onu iΓ§Ι™n insanda mΓΌxtΙ™lif halusinasiyalarΔ±n yaranmasΔ± idi. HazΔ±rda bΙ™zi Avropa ΓΆlkΙ™lΙ™rindΙ™Β  hΙ™lΙ™dΙ™ absent istehsal edilir. MΓΌasir absent ΓΆtΙ™n Ι™srin Ι™vvΙ™llΙ™rindΙ™ki absentdΙ™n xeyli fΙ™rqlΙ™nir. Δ°ndiki dΓΆvrdΙ™ iΓ§kidΙ™ absitinolun miqdarΔ±nΔ±n toksik tΙ™siri olmasa da yΓΌksΙ™k faizli spirt hΙ™r halda orqanizmΙ™ dağıdΔ±cΔ± tΙ™sir gΓΆstΙ™rir. AdΙ™tΙ™n absent xΓΌsusi dΙ™liklΙ™ri olan qaşığa bir baş kΙ™llΙ™ qΙ™nd qoyub ΓΌzΙ™rindΙ™n su tΓΆkΓΌldΓΌkdΙ™n sonra iΓ§ilir. Su qΙ™ndi Ι™ridΙ™rΙ™k absentlΙ™ qarışır. Şirin su absentin acΔ±lığınΔ± itirir. (Δ°stinad: Kulis Az)
@TARΔ°XΔ°NF0
πŸ“Œ

June 30, 02:36
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

πŸ‡§πŸ‡Ή
QΙ™ribΙ™ QanunlarΔ± Olan MaraqlΔ± Γ–lkΙ™
Butan Krallığı Γ§ox maraqlΔ± bir ΓΆlkΙ™dir. CΙ™mi 788 min Ι™halisi var. Γ–lkΙ™dΙ™ tΓΌtΓΌn satışı qadağandΔ±r. Butan dΓΌnyada TV yayΔ±mΔ±nΔ± xalqΔ±na tΙ™qdim edΙ™n Ι™n son ΓΆlkΙ™dirlΙ™r (1999-cu il). Butan Ι™traf mΓΌhitΙ™ Γ§ox ΓΆnΙ™m verir. QanunlarΔ±na gΓΆrΙ™ hΙ™miΕŸΙ™ ΓΆlkΙ™nin Ι™n az 60%-i meΕŸΙ™ ilΙ™ ΓΆrtΓΌlΓΌ olmalΔ±dΔ±r. HazΔ±rda bu gΓΆstΙ™rici 71%-dir. Γ–lkΙ™dΙ™ nΙ™sli kΙ™silmΙ™kdΙ™ olan heyvanlarΔ± ΓΆldΓΌrmΙ™yin cΙ™zasΔ± ΓΆmΓΌrlΓΌk hΙ™bsdir... ButanlΔ±lar demΙ™k olar ki, hΙ™r gΓΌn ΓΆz milli geyimlΙ™rini geyinirlΙ™r. CinayΙ™t hallarΔ± burada Γ§ox azdΔ±r. BuddistdilΙ™r. DΓΌnyanΔ±n Ι™n zΙ™if ordusuna sahibdirlΙ™r. CΙ™mi 7500 Ι™sgΙ™rlΙ™ri vΙ™ 2 helikopterlΙ™ri var. ButanΔ± gΙ™zmΙ™k istΙ™yirsinizsΙ™, bir az Γ§Ι™tin mΙ™sΙ™lΙ™dir. Ciddi turizm siyasΙ™tlΙ™ri var. Az turist qΙ™bul edirlΙ™r vΙ™ qiymΙ™tlΙ™r baha olur. (Δ°stinad: WorldWildLife, Worldometers, WorldBank, DrukAsia, GlobalFirePower, Albert Eynişeydi)
βœ…
@Tarixinf0
πŸ‡¦πŸ‡Ώ

June 30, 02:34
Π€Π°ΠΉΠ»Ρ‹ нСдоступны
1
ΠžΡ‚ΠΊΡ€Ρ‹Ρ‚ΡŒ Π² Telegram

πŸš‚
DΓΌnyanΔ±n Ən Uzun DΙ™miryol XΙ™tti
Trans-Sibir DΙ™miryolu xΙ™tti, Moskvadan Vladivostoka qΙ™dΙ™r 9288 km uzunluğundakΔ± dΓΌnyanΔ±n Ι™n uzun dΙ™mir yoludur. Qatarla sΙ™yahΙ™t yeddi gΓΌn Γ§Ι™kir vΙ™ bu mΓΌddΙ™t Ι™rzindΙ™ sΙ™rnişinlΙ™r Γ§ox sayda ΕŸΙ™hΙ™rlΙ™ri gΓΆrΓΌb, fΙ™rqli mΙ™nzΙ™rΙ™lΙ™r seyr edib vΙ™ sΙ™kkiz mΓΌxtΙ™lif vaxt qurşağından keΓ§irlΙ™r. SΙ™yahΙ™t sizi RusiyanΔ±n qΙ™lbi olan tayqa meΕŸΙ™lΙ™ri, rus Γ§ΓΆllΙ™rinin geniş Ι™razilΙ™ri vΙ™ mΙ™nzΙ™rΙ™li Baykal gΓΆlΓΌnΙ™ aparΔ±r. Bu uzun sΙ™yahΙ™t zamanΔ± qatarlar 3901 kΓΆrpΓΌdΙ™n keΓ§mΙ™li olur.
βœ…
@Tarixinf0
🌟